Rəhbərlik

TƏSİSÇİ                                                                                     BAŞ DİREKTOR  

Musa Səməd oğlu Süleymanov 14 sentyabr 1956-cı ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 1973-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndindəki Yusif Sadıqov adına orta məktəbi bitirib. 1975-1977-ci illərdə keçmiş SSRİ silahlı qüvvələri sırasında hərbi xidmətdə olub. 


1977-80-cı illərdə Tovuz rayonunun Əlimərdanlı kəndindəki şərab zavodunda və həmin rayonun rabitə qovşağında fəhlə və sürücü vəzifəsində çalışıb. 1980-ci illərdən şəxsi bizneslə, 1991-ci ildən isə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 1991-ci ildən 1998-ci ilədək təsis etdiyi "Simurg-MM" Firmasının prezidenti vəzifəsində çalışıb.

1996-ci ildə yayım dairəsi Gəncə-Qazax regionu daxil olmaqla Azərbaycanın qərb zonasını əhatə edən regional "Simurq-M" Tele-Radio Kompaniyasını təsis edib. 1998-ci ildən "ADO-G İnşaat, sənaye və turizm” Azərbaycan-Türkiyə birgə müəssisəsinin təsisçisi olmuş və həmin şirkətin prezidenti vəzifəsində çalışıb.

2004-cü ildən hazırkı dövrədək “B.Sərdarov adına Maşınqayırma zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində calışır. Ali təhsilli hüquqşünasdır. Həmçinin, Amerika Birləşmiş Ştatlarında ABŞ hökumətinin Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə "Kütləvi İnformasiya Vasitələrinin fəaliyyəti" üzrə texniki proqramı bitirib.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

22 İyun 2017-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə maşınqayırma sənayesində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

İngilis və rus dillərini bilir.

Ailəlidir, 3 övladı var.

 

Rəşad Musa oğlu Süleymanov 30 may 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildən Bakı şəhəri Nərimanov rayonu 178 saylı orta məktəbə getmiş,sonradan təhsilini Nərimanov rayonu “Araz” liseyində davam etdirmiş və 2001-ci ildə həmin liseyi bitirmişdir. 


2002-2005 illərdə ABŞ-da müxtəlif iş praktikalarını keçmiş, 2010-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

Eyni zamanda, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

2010-cu ildən ADO-G Şirkətlər Qrupunda Baş Direktor vəzifəsində işləyərək, şirkətin gələcəyə biznes-strateji planını qurmuş, fəaliyyət növlərinin genişlənməsini təmin etmiş və bir çox uğurlu layihələr həyata keçirmişdir.

2013-cü ildə dizayn və mühəndislik şirkəti olan Gemini Development MMC-ni təsis etmişdir. Hazırda Gemini Development yeganə Azərbaycan şirkətidir ki, “Swiss-Belhotel International” operatorun 5 ulduzlu otelinin dizayn işlərini yerinə yetirmişdir.

Azərbaycan, rus, ingilis, ləzgi və türk dillərini bilir.

Ailəlidir, iki övladı var.

 

 

 

 

 

 


COPYRIGHT (C) ADO-G ŞİRKƏTLƏR QRUPU, 2014