Təsİsçİ

Musa Səməd oğlu Süleymanov 14 sentyabr 1956-cı ildə Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 1973-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndindəki Yusif Sadıqov  adına orta məktəbi bitirib. 1975-1977-ci illərdə keçmiş SSRİ silahlı qüvvələri sırasında hərbi xidmətdə olub.

1977-80-cı illərdə Tovuz rayonunun Əlimərdanlı kəndindəki şərab zavodunda və həmin rayonun rabitə qovşağında fəhlə və sürücü vəzifəsində çalışıb. 1980-cı illərdən şəxsi bizneslə, 1991-ci ildən isə sahibkarlıq fəaliyyəti ilə məşgul olub. 1991-ci ildən 1998-ci ilədək təsis etdiyi "Simurg-MM" Firmasının prezidenti vəzifəsində çalışıb.

1996-ci ildə yayim dairəsi Gəncə-Qazax regionu daxil olmaqla Azərbaycanın qərb zonasını əhatə edən regional "Simurq-M" Tele-Radio Kompaniyasını təsis edib. 1998-ci ildən "ADO-G İnşaat, sənaye və turizm” Azərbaycan-Türkiyə birgə müəssisəsinin təsisçisi olmuş və həmin şirkətin prezidenti vəzifəsində çalışıb.

2004-cü ildən hazırkı dövrədək “B.Sərdarov adına Maşınqayırma zavodu” Törəmə Acıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində calışır. Ali təhsilli hüquqşünasdır. Həmçinin, Amerika Birləşmiş Ştatlarında ABŞ hökumətinin Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə "Kütləvi İnformasiya Vasitələrinin fəaliyyəti" üzrə  texniki proqramı bitirib.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 

Ailəlidir, 3 övladı var.


COPYRIGHT (C) ADO-G ŞİRKƏTLƏR QRUPU, 2014