Tarİxİmİz

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə kiçik və orta, həmçinin iri sahibkarlığın inkişafı üçün dayanıqlı və münbit şərait yaranmışdır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər yaranır, fəaliyyətini genişləndirir və regional miqyasa çıxarır.

"ADO-G" Şirkətlər Qrupu 1998-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatındadır. 

Şirkətin təsisçisi: Musa Süleymanov Səməd oğlu

"ADO-G" Şirkətlər Qrupu öz fəaliyyətinə Azərbaycan Respublikasının neft-qaz sənayesində çalışan bir sıra şirkətlərin neft-mədən avadanlıqları ilə təchizatından başlamışdır. "ADO-G" Şirkətlər Grupu "SOCAR", "BP Exploration", "Halli Burton", "KBR", "Bahar Enerji", "McDermott Caspian Construction", "Nobel Oil", "Gobustan Operating" və başqa neft şirkətlərini neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində geniş təcrübə qazanmışdır.

Hal-hazırda “ADO-G” Şirkətlər grupu  neft-qaz yataqlarının kəşfiyyatı, qazılması və istismarı sahəsində istifadə olunan avadanlıqların təcrübəli təchizatçısıdır. Şirkətlər qrupu fəaliyyət dairəsini daha da genişləndirərək Azərbaycan Respublikasının ən iri şirkətlərindən birinə çevrilmişdir. Hal-hazırda ADO-G Şirkətlər Qrupu inşaat, istehsalat və quraşdırma, loqistika və treydinq, arxitektura və dizayn, kabel yayımı, emal, kənd təsərrüfatı kimi ən müxtəlif sahələrdə fəaliyyət göstərir.  


COPYRIGHT (C) ADO-G ŞİRKƏTLƏR QRUPU, 2014