HSE

“ADO-G” Şirkəti öz əmək resurslarını yüksək qiymətləndirir. Öz əməkdaşları üçün sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasını daim inkişaf etdirir. Şirkət aşağıdakı prinsipləri əsas tutur:

İstehsalat fəaliyyəti nəticələrinin işçilərin sağlamlığına müsbət təsiri;

Kollektivin hər bir üzvünün təhlükəsiz iş şəraitində işləmək hüququ;

Təhlükəsizliyin təmin olunması məsələlərinin həllində ictimai və dövlət qurumları ilə sıx əlaqə.

MƏQSƏD VƏ METODLAR

“ADO-G” Şirkətinin rəhbərliyi istehsalat travmatizminin qarşısını almaq, bədbəxt hadisələrin və risklərin yaranma səbəblərini aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin  görülməsini özünə borc bilir. Bu sahədə beynəlxalq standartların, dövlət normativlərinin  tələblərinə uyğun iş mühitinin yaradılmasını qarşısına məqsəd qoyur.

ƏTRAF MÜHİTİN QORUNMASI VƏ ƏMƏYİN MÜHAFİZƏSİ

Müasir istehsalat fəaliyyətlərinin mürəkkəbliyi Ətraf Mühitin Qorunmasına və Əməyin Mühafizəsinə kompleks yanaşma tələb edir:

Təhlükəsiz əmək şəraitinin yaradılması;

İşçilərin təhlükəsiz əmək metodları üzrə təlimatlandırılması;

İstehsal avadanlıqlarının təhlükəsizliyinin təmini;

Bina və qurğuların təhlükəsizliyi;

İşçilərin fərdi mühafizə vasitələri ilə təmini;

Optimal iş və istirahət rejiminin yaradılması;

Periodik baxış və nəzarət.

EKOLOJİ SİYASƏT

Müəsisənin öz istehsalat fəalyyəti dövründə ətraf mühitə müəyyən təsirlər etdiyindən daim özünün müəssisədaxili ekolojı siyasətini təkmilləşdirməyə üstünlük verir. Ətraf mühitin qorunması işində kompleks yanaşmanı təmin etmək üçün müəssisə daxilində daimi fəalyyət göstərilir.

ÜMUMİ FƏALİYYAT

ADO-G şirkətlər grupu özünün çoxsaylı fəaliyyəti ilə ətraf mühitə az da olsa etdiyi təsirə görə cəmiyyət qarşısında məsuliyyətini başa düşür. Bu məsuliyyətin təsiridir ki, müəssisə həyata keçirdiyi hər bir layihə üçün xüsusi olaraq ətraf mühitin qorunması planını hazırlayır. Bu planda maddi resurslarından maksimum səmərəli istifadə, enerji daşıyıcıyılarına maksimum qənaət, ətraf mühitin tullantılarla zibillənməsinin qarşısının alınması üzrə önləyici tədbirlər planı hazırlayır.

Müəssisənin öz fəaliyyətində əsasən daha məsuliyyətli yanaşdığı sahələr də vardır.Bunlar , su hövzələrin çirklənmədən qorunması və torpaqların rekultivasiyası məsələləridir. Müəsisə öz fəaliyyətində Azərbaycan Respublikası üzrə qəbul olunmuş bütün ekolojı aktlara, direktivlərə və normalara riayət etməyi öz fəaliyyəti üçün əsas sayır.

ADO-G ŞİRKƏTLƏR QRUPUNUN ÖHDƏLİYİ

Şirkətlər qrupu öz fəaliyyətinin əsasını müəssisənin dinamik və hər tərəfli inkişafında maddi nemətlərdən səmərəli istifadə və ətraf mühitin gələcək nəsillər üçün maksimum dərəcə yaxşı qorunmasında görür.

 

Bunun üçün müəsisə aşağıdaki öhdəlikləri qəbul edib:

Bütün beynəlxalq və ölkədaxili ekoloji normativlərə əməl olunmasının gözlənilməsi;

Maddi resurslara maksimum qənaət etməklə, ətraf mühitin çirklənməsinin azaldılması ;

Istehsalat proseslərinin bütün mərhələlərində təkmilləşdirilməsi və  enerji sərfinin azaldılması;

Müəsisənin ətraf mühitin qorunması üzrə fəaliyyətinin daim təkmilləşdirilməsi;

Ətraf mühitin zibillənməsinin qarşısının alınması üçün qabaqlıyıcı tədbirlər planın hazırlanması;

Əməyin mühafizəsi və istehsalatın təhlükəsizliyi üzrə vəziyyəti daim nəzarətdə saxlanması, bu sahədə vəziyyətin daim yaxşılaşdırması;

Özünün istehsalat sahələrində, təhlükəsiz əmək şəraiti yaratmalı, bu sahədə əməyin təhlükəsizliyi və gigiyenası normativlərinə əməl edilməsi;

Müəsisənin işçilərinin “əməyin təhlükəsizliyi” və“ekologiyanın qorunması” işlərinə hamılıqla cəlb edilməsi və bu sahədə göstəricilərin daim yaxşılaşdırılmasına nail olmaq;

Ekoloji siyasətin həyata keçirilməsində müəssisənin nəzərdə tutduğu əsas mexanizmlər.

Ekoloji siyasətin mahiyətini bütün işçilərə çatdırmalı;

Ekologiyanın və ətraf mühitin qorunması yolunda bütün təşəbbüsləri qiymətləndirməli;

Personalın ekoloji biliyinin daim artırılmasına nail olmalı;

Material qənaəti, enerji qənaəti, yeni texnologiyanın tətbiqi üzrə yaradıcı təşəbbüslərin mükafatlandırılması;

Istehsal olunan məhsulların ekolojı sertifikatlaşdırılması;

Ekoloji siyasətin həyata keçirilməsi , müəsisənin imzaladığı bütün müqavilələrdə , öz əksini tapmaqla,  daim diqqət mərkəzində olacaqdır.

Ekoloji siyasət müəsisənin fəaliyyəti dövründə daim təkmilləşdiriləcək, təshih ediləcək, yeniləşdiriləcəkdir.


COPYRIGHT (C) ADO-G ŞİRKƏTLƏR QRUPU, 2014