İnşaat

 

DƏNİZ TİKİNTİSİ

ADO-G Şirkətlər Qrupu bütün növ dəniz layihələrinin layihələndirilməsi və inşaatı üzrə bütün lisenziyalara malikdir.

ADO-G Şirkətlər Qrupu müxtəlif sifarişçilər üçün podratçı olaraq aşağıdakı işləri və xidmətləri yerinə yetirir:
dəniz estakadalarının layihələndirilməsi və tikintisi;

  • Dənizdə metal və dəmir-beton svay özüllərinin quraşdırılması;
  • Liman və liman qurğularının tikintisi;
  • Dənizin dayaz hissələrində stasionar özüllərin tikintisi;
  • Antikorroziya işləri;
  • Boruların betonlanması;
  • Metal-konstruksiyaların yığılması.

YOLLARIN VƏ MEYDANÇALARIN TİKİNTİSİ

ADO-G şirkəti, yol tikintisi sahəsində 1995-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində şirkətdə bacarıqlı yol tikinti briqadası və maddi-texniki baza yaradılmışdır. Fəaliyyəti dövründə şirkət çınqıl və asfalt əsaslı yolların, beton meydançaların tikintisi üzrə bir sıra iri sifarişlər yerinə yetirmişdir. Şirkətin nəzdində olan 100-ə yaxın yol tikinti texnikası intensiv iş aparmağa imkan verir.
Layihələndirmə və tikinti işlərinin professional şəkildə aparılması üçün aşağıdakı işlər aparılır:

  • Topoqrafiya və mühəndis-geodeziya işləri 
  • Qum, çınqıl, qraviy əsaslı yol yatağının tikintisi 
  • Yol drenaj işləri 
  • Yol və çay keçidlərinin tikintisi
  • Asfalt yolların tikintisi 
  • Beton yolların tikintisi 
  • Beton meydançaların və beton fundamentlərin tikintisi 
  • Yol işıqlandırma işləri 
  • Hasarlama işləri 


SƏNAYE OBYEKTLƏRİNİN TİKİNTİSİ

"ADO-G" Şirkətlər Qrupu sənaye obyektlərinin tikintisində geniş təcrübəyə malikdir. Şirkət zavod və fabrik binalarının, anbar və saxlama meydançalarının tikintisində layihələndirmə, təchizat, tikinti və quraşdırma proseslərinin idarə olunmasını öz üzərinə götürərək Baş podratçı qismində çıxış etmək iqtidarına malikdir. Şirkətin güclü kadr potensialı və maddi-texniki bazası mürəkkəb regional və dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan yaradır.

Biz öz sifarişçilərimizə təklif edirik:

  • Sənaye obyektlərinin layihələndirilməsi və tikintisi
  • İstehsal sahələrinin planlaşdırılması və arxitektur həlli
  • Texnoloji avadanlıqların, avtomatik xətlərin, konveyer və elevatorların quraşdırılması
  • Mühəndis-kommunikasiya xətlərinin çəkilməsi (su, qaz, elektrik, kanalizasiya, isitmə və ventilyasiya)
  • Sənaye obyektlərinin dəmir-beton əsaslarının qoyulması və dəmir-beton qurğuların tikintisi
  • Ağır sənaye tipli metal konstruksiyaların hazırlanması
  • Müxtəlif təyinatlı sənaye obyektlərinin açar təhvili

Şirkət bir çox mürəkkəb tipli sənaye obyektlərinin tikintisini uğurla başa vurmuşdur: 

  • “BP Exploration” Şirkətinin sifarişi ilə Qaradağ rayonu ərazisində “Qazıma məhlulları zavodu”-nun tikintisi.
  • “BP Exploration” Şirkətinin sifarişi ilə Bakı-Ceyhan boru kəmərinin Kürdəmir və Yevlax stansiyalarında mühəndis kommunikasiya xətlərinin və su təmizləmə qurğularının quraşdırılması

“ADO-G Şirkətlər Qrupu" 20 ilə yaxındır ki, magistral boru kəmərlərinin tikintisi sahəsində fəaliyyət göstərir. Praktiki təcrübə, texniki və texnoloji imkanlar şirkətə bütün növ boru kəmərlərinin tikintisini uğurla aparmağa imkan verir. Şirkət bu sahədə aşağıdakı xidmətləri təklif edir:

  • Boru kəməri xəttinin geodeziyası və planlaşdırılması
  • Hazırlıq və torpaq işləri
  • Yükləmə-boşaltma və nəqletmə işləri
  • Boru kəmərinin qaynağı
  • Boru kəmərinin izolyasiyası
  • Boruların kanal boyu düzülməsi, kəmərin təbii və süni maneələrdən keçirilməsi
  • Kəmər üstündə texnoloji qurğuların tikintisi, kommunikasiyaların ayrılması və birləşdirilməsi
  • Boru kəmərinin sınağı və təhvili

YAŞAYIŞ VƏ MÜLKİ OBYEKTLƏRİN TİKİNTİSİ

Şirkət 2005-ci ildə Azərbaycan Respublikasının Tikinti və Arxitektura Komitəsində LA-05-096 nömrəsi ilə qeydiyyatdan keçmiş 015181 nömrəli lisenziyasını əldə edərək Milli standartlara uyğun birinci və ikinci pillə cavabdehliyi olan obyektlərin layihələndirilməsi və inşa edilməsinə icazə verən sertifikat aldı. Şirkət tikinti sahəsində bir sıra ciddi tikinti layihələrini yerinə yetirmiş və yeni layihələrin reallaşdırılmasını davam edir.

  • Yüksək mərtəbəli binaların tikintisi
  • Villaların tikintisi
  • İdman meydançalarının və İdman komplekslərinin tikintisi
  • İctimai obyektlərin tikintisi
  • Beynəlxalq Otel komplekslərinin tikintisi

 

Əlaqə:  engineer@ado-g.com 


COPYRIGHT (C) ADO-G ŞİRKƏTLƏR QRUPU, 2014