İstehsalat və quraşdırma

DƏNİZ AVADANLIQLARI

"ADO-G" Şirkətlər qrupu dəniz avadanlıqların layihələndirilməsi və istehsalı ilə məşğul olur: 

  • “Jack-Up Barge”
  • Yanalma knextləri
  • Yedəkli barjlar
  • Dənizdə geoloji kəşfiyyat üçün qazma qurğusu
  • Dəniz qurğuları üçün metal konstruksiyalar

ÖZÜYÜKSƏLƏBİLƏN DÖRDAYAQLI MODUL TİPLİ JACK-UP BARGE 14x30m

İSTİSMAR SAHƏLƏRİ

“Özüyüksələbilən Dörd ayaqlı modul tipli Jack-Up Barge” dəniz və çaylarda müxtəlif texnoloji əməliyyatların yerinə yetirilməsində böyük imkanlara malikdir. Barjanın gövdəsinin su səviyyəsindən lazımi hündürlüyə yüksələ bilməsi axar sularda və dalğalı dənizdə tikinti-quraşdırma işlərinin təhlükəsiz və dəqiq görülməsinə imkan yaradır. Barjanın istismar sahələri olduqca genişdir. Barjadan dərinliyi 30m-ə qədər olan dəniz sularında və çaylarda hidrotexniki qurğuların, estakadaların, limanların, körpülərin, platformaların, dənizdə süni adaların, alternativ enerji qurğularının tikintisində və dəniz neft-qaz obyektlərinə xidmət sahələrində geniş istifadə etmək olar.

Barja aşağıdakı texnoloji əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur:
Dəniz və çaylarda svay vurma işləri. Barjanın köməyi ilə dərinliyi 30m-ə qədər olan sularda üzərində daşıdığı çoxfunksiyalı 120 tonluq “HS 885 HD LİEBHERR” kranı və asma avadanlığı vasitəsi ilə diametri 2000mm-ə qədər olan svayların dənizin dibinə vurulması işlərini asanlıqla yerinə yetirmək mümkündür.

Dəniz və çaylarda geoloji kəşfiyyat işləri. Barjanın üzərinə quraşdırılmış CKБ-45 hidravlik dəzgahlı УКБ-4СА4 qazma qurğusu dərinliyi 800m-ə qədər olan parametrik və struktur quyuların qazılmasına imkan verir. Qazma qurğusunun maksimal yükqaldırma qabiliyyəti 80 tondur. Maçtanın və qazıma boruların qaldırılması və endirilməsi hidravlik yerinə yetirilir. Aparıcı borunun diametri 63.5mm, qazıma borusunun diametri isə 54mm-dir.

Dəniz və çay dibinin lildən, palçıqdan və digər arzuolunmaz hissələrdən təmizlənməsi. “HS 885 HD LİEBHERR” kranı barjanın üzərində durmaqla qreyfer asma avadanlığı vasitəsi ilə radiusu 32m olan ərazidə təmizləmə işlərini apara bilir.

300 tona qədər ağırlığı olan müxtəlif konfiqurasiyalı yüklərin dənizdə və çaylarda daşınması. Barjanın üzərində ağır və mürəkkəb quruluşlu yükləri dənizdə bir yerdən başqa yerə daşımaq mümkündür.
Dəniz və çaylarda müxtəlif konstruksiyaların quraşdırılması. Dəniz və çaylarda müxtəlif quraşdırma işləri aparılarkən barja meydança rolunu oynaya bilər. Meydançaya texnoloji avadanlıqlar və yaşayış konteynerləri quraşdırıla bilər.

BARJANIN TEXNİKİ XARAKTERİSTİKALARI

Barjanın gövdəsi parçalı olub istismar zamanı xüsusi kilit birləşmələri ilə bir-birinə bağlanan seksiyalardan ibarətdir. Bu cür konstruksiya barjanı istənilən zaman bir ərazidən başqa əraziyə avtonəqliyyatla, dəmir yolu ilə və yaxud da ki, dəniz nəqliyyatı ilə daşımağa imkan verir.

Əsas gövdənin qabarit ölçüləri – uzunluğu 30m, eni 14m, hündürlüyü 2.2m.
Barjanın gövdəsinin parçalarının sayı – 12x2.35x2.2m 4 ədəd, 9x2.35x2.2m 8 ədəd, 6x2.35x2.2m 10 ədəd olmaqla cəmi 22 parçadan ibarətdir.
Ayaqların sayı – Hər birinin uzunluğu 36m olmaqla 4 ədəd.
Ayağın diametri – 1220mm
Barjanın yükqaldırma qabiliyyəti – 300 ton
Barjanın öz çəkisi – 304 ton
Barjanın su səviyyəsindən yuxarı qalxması və enməsi hər bir ayağın üzərinə quraşdırılmış hidravlik silindrlər sistemi ilə həyata keçirilir. Hər ayaqda 2 ədəd daşıyıcı və 4 ədəd kilitləyici silindr quraşdırılmışdır. Ayaqlar sensor tənzimləmə sistemi ilə təchiz olunmuşdur ki, bu da yüksəlmə və enmə vaxtı ayaqları tək-tək və hər dörd ayağı eyni zamanda dəqiq idarə etməyə imkan verir. Hidravlik sistemin işçi təzyiqi 200bar, sınaq təzyiqi isə 300bar-dır.
Barjanın üzərinə aşağıdakı əsəs texnoloji avadanlıqlar quraşdırılmışdır:
120 tonluq çoxfunksiyalı “HS 885 LİEBHERR kranı” – 1 ədəd
Ofis və yaşayış konteyneri – 6x2.5m iki mərtəbəli 1ədəd
Geoloji kəşfiyyat üçün qazıma qurğusu УКБ-4СА4 – 1 ədəd
Generator – 2 ədəd
Dizel yanacaq çəni 5 tonluq – 1 ədəd
Təmiz su çəni 5 tonluq – 1 ədəd
Çirkab su anbarı 5 tonluq – 1 ədəd
Qayıq – 1ədəd
Dönən kran – 1 ədəd
Ehtiyat hissələri anbarı – 2 ədəd
Ehtiyat boru materialları anbarı – 2 ədəd


“LİEBHERR HS 885 HD” KRANIN ÖZƏLLİKLƏRİ


“LİEBHERR HS 885 HD” kranı ən son modelli kran olmaqla bərabər onun hazırlanmasında elmin ən son nailiyyətlərindən istifadə olunmuşdur. Kranın kosmik peyk vasitəsi ilə nəzarət sistemi mövcuddur ki, kranın işi və onda əmələ gələ biləcək nasazlıqlar məsafədən nəzarət və idarə oluna bilər.
Kranın yükqaldırma qabiliyyəti 120 tondur.
Kranın yükgötürən qolu 75m kimi uzana bilər.
Kran çoxfunksiyali olmaqla geniş imkanlara malikdir. Kran onun üzərinə quraşdırılmış asma avadanlıqlardan asılı olaraq aşağıdakı rejimlərdə işləyə bilər:
120 tonluq qaldırıcı kran kimi
Ekskavator kimi
Qazıma maşını kimi
Draqlayn kimi
Qreyfer kimi
Kipləşdirici kimi
Svayvuran kimi və s.

TƏCHIZAT VƏ QURAŞDIRMA
Əsası 1998-ci ildə qoyulan ADO-G Şirkətlər qrupu Azərbaycan Respublikasında fəaliyyət göstərən, Respublikada həmçinin xaricdə keçirilən bir çox layihələrdə, tenderlərdə,təchizat və quraşdırma,neft-mədən avadanlıqlarının layihələndirilməsi, istehsalı və quraşdırılması işlərindəiştirak edərək müvəffəqiyyət qazanan Azərbaycanın ən qabaqcıl özəl şirkətlərindən biridir.

ADO-G Şirkətlər qrupu İSO 9001:2000 Beynəlxalq Keyfiyyət Standartı sertifikatına malikdir. ADO-G Şirkətlər qrupu mülki,sənaye binalarının,Olimpiya İdman komplekslərinin, layihələndirilməsi və inşaası,neft-mədən avadanlıqlarının dövlət standartlarına uyğun olaraq lahiyələndirilməsi və mühəndis-axtarışı işlərini həyata keçirmək üçün müvafiq lisenziyası vardır.


ADO-G Şirkətlər qrupu, lahiyələndirmə, memarlıq, dizayn, mühəndis-texniki, smeta sənədlərinin hazırlanması, təchizat, inşaat və istismara vermə üzrə bütöv bir iş sistemi olan, tam təlimatlandırılmış yüksək ixtisaslı, təcrübəli mühəndislərə, dizaynerlərə, inşaatçılara malik vahid podratçı qrupu olmaqla bərabər, həm də neft-mədən,tikinti,sənaye avadanlıqlarının istehsalı, quraşdırılması üçün böyük istehsal gücü olan istehsal sahələrinə malikdir . Partnyorlarının maraqlarına olan böyük hörmət, bir çox beynəlxalq səviyyədə tanınmış kompaniyalar ilə uzunmüddətli əməkdaşlıq əlaqəsinə gətirib çıxarmışdır. Buna misal olaraq Böyük Britaniyanın BP və Kellogg Brown & Root, ABŞ-ın McDermott, Kanadanın Milli Energetika Kompaniyasını, Fransanın Shlumberger , Almaniyanın EMCO WHEATON , Yaponiyanın Cospa şirkətini, Çinin Shengli Oil Company və LS Petrochem Machinery Co . Ltd şirkətlərini , Finlandiyanın Pivotex , Rusiyanın Rozneftqazstroy, Ukraynanın İnterpayp, Azərbaycan Respublikasının Dövlət Neft şirkətini və s. misal göstərmək olar.

ADO-G Şirkətlər Qrupu öz imici ilə fəxr edir və bunu əldə saxlayıb daha da artırmaq niyyətindədir. Fəaliyyət göstərdiyi bütün dövrlərdə ADO-G Şirkətlər Qrupu yüksək keyfiyyət standartlarına yiyələnməyə, sifarişçiləri münasib qiymətlərlə, əla keyfiyyətə malik lahiyə işləri və xidmətlərlə razı salmağa can atır və buna nail olmaqdadır.

Eyni zamanda, Zirə qəsəbəsində ADO-G Şirkətlər Qrupu tərəfindən 20 ha sahəni əhatə edən ərazidə Neft Maşınqayırması zavodu və iri qabaritli metal konstruksiya zavodunun tikintisi davam edir. 

ADO-G Şirkətlər Qrupu Jack-Up barjlarının istehsalı üzrə ixtisaslaşmışdır. İndiyə kimi şirkət tərəfindən yerli və xarici sifariş əsasında 4 barj hazırlanaraq istismara verilmişdir.

Əlaqə:  office@ado-g.com 

 

Jack-Up Barge Design

Jack-Up Barge (2013)


COPYRIGHT (C) ADO-G ŞİRKƏTLƏR QRUPU, 2014