Emal zavodu

ADO-G Refinery Development, Construction and Installation  kimya və neft kimyası proseslərinin tədqiqi və onların yeni texnologiyalarının işlənib istehsalata tətbiqini həyata keçirir. 

ADO-G Refinery Development, Construction and Installation  aşağıda sadalanan proseslər üzrə işlənmiş hazır texnologiyalara malikdir.

  • Fişer-Tropş üsulu ilə tüstü (yanma) qazlarından maye və qaz şəkilli karbohidrogenlərin alınması.
  • Ekoloji cəhətdən təhlükəsiz, avtomobil benzinlərinə əlavə edilən yüksək oktanlı oksigenat (antidetonator) - etil-üçlü butil efirinin istehsalı .
  • Avtomobil benzinlərinin yüksək oktanlı komponenti, stabilizatorlar və oktoforların istehsalı üçün ilkin xammal olan metilalın istehsalı .
  • Tərkibində doymamış karbohidrogenlər olan maye qazlardan avtomobil benzinlərinə əlavə edilən yüksək oktanlı oliqomerizatın mobil və stasionar qurğularda istehsalı .
  • Tərkibi propan və butan karbohidrogen qazları olan neft səmt qazlarından avtomobil benzinlərinə əlavə edilən yüksək oktanlı aromatizatın mobil və stasionar qurğularda istehsalı .
  • Adiabatik reaktorlarda stasionar qatlı seolit tərkibli katalizatorun iştirakı ilə aşağı oktanlı birbaşa qovulmuş benzinlərdən katalitik krekinq (izomerləşmə və aromatikləşmə) yolu ilə yüksək oktanlı benzinlərin alınması .
  • Kerosin fraksiyasının qələviləşmə yolu ilə naften turşularından təmizlənməsi
  • Aktivləşdirici agent kimi karbohidrogen qazlarından (metan və ya propan-butan fraksiyasından) istifadə etməklə mazutun qazokatalitik krekinqi .


ADO-G Refinery Development, Construction and Installation Bünyad Sərdərov adına Maşınqayırma zavodunda kimya və neft-kimyası sənayesi üçün avadanlıqların hazırlanması üçün istehsalat bazasına və Sumqayıt şəhərindəki “Təmirmaş-2” zavodunun ərazisində kimya və neft-kimyası sənayesi üçün avadanlıqların, sınaqdan keçirilməsi üzrə mexanikləşdirilmiş və ixtisaslaşdırılmış xəttə malikdir .
ADO-G Refinery Development, Construction and Installation kimya və neftkimyası sənayesində təzyiq altında işləyən avadanlıqların hazırlanması və quraşdırılmasına icazə verən lisenziyaya (razılığa) və yüksək ixtisaslı mütəxəssislərə malikdir .

Əlaqə:  refinery@ado-g.com 


COPYRIGHT (C) ADO-G ŞİRKƏTLƏR QRUPU, 2014