Motors

 

MOTORS

“ADO-G Motors” 13 Mart, 2009-cu ildə dünyada yük maşınların aparıcı istehsalçısı olan “SCANIA” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalamışdır. Nəticədə “ADO-G Motors” “SCANIA” şirkətinin Azərbaycandakı eksklüziv distribyutorluğuna çevrilmişdir. Ətraflı məlumat www.scania.az internet saytında.

Qaradağ rayonu ərazisində əlverişli coğrafi mövqedə “ADO-G Motors”un 2 hektarlıq ərazidə “SCANIA” servis mərkəzinin tikintisi başlanmışdır. Servis mərkəzi artıq 2015-ci ilin yanvar ayından öz xidmətlərini göstərməyə başlayacaqdır. Servis mərkəzinin ətrafında açılacaq əlavə məntəqələrdə bütün növ nəqliyyat vasitələrinə təcili xidmətlər təklif olunacaqdır.

Şirkət nəqliyyat vasitələrinin logistikasında GPS sistemindən geniş istifadə edir. GPS sistemi nəqliyyat logistikasının avtomatlaşdırılması yolu ilə nəqliyyat vasitələrin işinin effektivliyini artırır. GPS monitoring sistemi hər an nəqliyyat vasitəsinin yerini elektron xəritədə müəyyən edir, hər hansı bir vaxt ərzində nəqliyyat vasitəsinin marşrutunu, yanacaq sərfiyyatını, yüklənmə dərəcəsini və sürət həddini təyin etməyə imkan verir.

Daha ətraflı: www.scania.az 

info@scania.az 

 

DİZEL.AZ

www.dizel.az  saytı tikinti və ağır texnikanın satışı və icarəsi üçün Azərbaycanda fəaliyyət göstərən ən böyük internet portalıdır.



 

 

 


COPYRIGHT (C) ADO-G ŞİRKƏTLƏR QRUPU, 2014