Cubic Tower

Podradçı: ADO-G Şirkətlər Qrupu

ADO-G Şirkətlər Qrupunun mütəxxəssislərinin müştərilərlə birgə apardığı dəqiq araşdırma və sorğulara əsasən Gürcüstanın Batumi şəhərinin turizm sektorunda böyük potensiala malik olduğu müəyyən edilmişdir.

Çox ehtiyatla layihənin həyata keçirilə biləcəyi ən uyğun ərazi seçilmişdir. Horwarth International şirkəti ilə birgə aparılmıştexniki-iqtisadi və marketinq tədqiqatlarına əsasən layihənin aşağıda sadalanan meyarlara uyğun olduğu qənaətinə gəlinmişdir :

5 ulduzlu dünyaca məşhur otel brendi

Beynəlxalq Kazino operatoru tərəfindən idarə

olunacaq 1000 kv metr sahəyə malik Kazino

4 ədəd café və restoran

CUBIC TOWER Layihəsi aşağıdakı xüsusiyyətlərə  malikdir

ərazi 17 000 kv m

30 mərtəbəli bina

184 otaq (prezident otağı daxil olmaqla)

300 kv m-lik konfrans zalı

SPA (ESPA)

1000 kv m-lik Kazino

4 ədəd kafe və restoran (30-cu mərtəbədə ecazkar panoramik dəniz mənzərəli restoran daxil olmaqla)

ADO-G Şirkətlər Qrupu texniki-iqtisadi baxımdan ən uyğun otel operatorunu müəyyən etmək üçün müxtəlif tenderlər elan etmişdir. Uzun sürən axtarışlar və danışıqlardan sonra tanınmış ingilis memarlıq şirkəti olan G1 Architecture ilə birlikdə çalışmaq qərarına qəlinmişdir

Zaman ilə bağlı qənaətliliyi və düzgün layihə idarçiliyinə görə Cubic Tower layihəsinin iç memarlıq işləri də məhz G1 Architecture şirkətinə həvalə edilmişdir Hal-hazırda ADO-G Qrupun mühəndisləri Türkiyənin məşhur struktur mühəndislik şirkətlərindən biri olan Engineering şirkətinin mühəndisləri ilə birgə modern, stabil və təhlükəsiz inşa strukturunu hazırlayırlar. ÜLKER Mühendislik MEP Engineering üzrə tam məsuliyyət daşıyır. Onların qayəsi istər gələcək qonaqlarımıza, istərsə də otel idarəçiləri və işçilərinə komfortlu, rahat və ekoloji təmiz mühit yaratmaqdır. Mövcud mürəkkəb zəmin şərtlərinə uyğun olaraq bünövrə planları hazırlanmaqdadır və yaxın gələcəkdə müvafiq olaraq dirəklərin vurulması Alman şirkəri olan BAUER-in mühəndisləri tərəfindən həyata keçiriləcəkdir. Yuxarıda sadalanan işlər bizim uğurla aparılan Development fəaliyyətimizin sadəcə bir hissəsidir.

 


COPYRIGHT (C) ADO-G ŞİRKƏTLƏR QRUPU, 2014