Port baku 2 Chimney tower
1900-cü ildə təməli qoyulan hündürlüyü 60 metr olan tüstü bacası çökmə təhlükəsi ilə üzləşirdi. Ölkə başçısı tarixi abidə hesab edilən bacanın təmiri üçün tapşırıq verdi. Bacanın təmiri layihəsini icra edən şirkət üçün bacanın daxilində təmir işlərini aparmaq ciddi problemlərdən biri idi.
ADO-G şirkəti bacanın içərisinə işçi personalın daşınması, təmir quraşdırma işlərinin aparılması üçün personal lifti və avadanlıqların, tikinti materiallarının 60 metr yüksəkliyə daşınması üçün 1,5 ton yükgötürmə qabiliyyətli yük lifti layihəsini təklif etdi. Təklif bəyənildi, personal və yük lifti layihəsi ADO-G şirkətinə həval olundu. Şirkətimiz həvalə olunmuş layihəni vaxtında və tam təhlükəsiz şəkildə icra etdi.