Metalkonstruksiya zavodunun tikintisi

“ADO-G Şirkətlər Qrupu” Azərbaycan Respublikası ərazisində neft-qaz sektorunda  fəaliyyət  göstərən ilk  yerli  özəl  şirkətlərdən  biridir. İlk  dövrlərdə  şirkət  neft-qaz  istehsalı  avadanlıqlarının təchizatı ilə məşğul olmuş və hal-hazırda  bu sahədə böyük təcrübə  əldə etmişdir. Şirkətin neft-qaz  istehsalı avadanlıqlarının təchizatı üzrə əsas sifarişçiləri aşağıdakılardır: “SOCAR” , “BP  Exploration”,  “Mc  Dermott Caspian Construction”.

 “ADO-G Şirkətlər Qrupu”  fəaliyyətini genişləndirərək tikinti, montaj,  nəqliyyat vasitələrinin, tikinti  və xüsusi avadanlıqlarının təchizatı, istehsalat, memarlıq və dizayn sahəsində  də  fəaliyyətini qurmuşdur.

 "ADO-G Şirkətlər Qrupu" MMC çox şahəli fəaliyyətini daha da genişləndirərək, neft-qaz və dəniz avadanlıqları,  iri qabaritli metalkonstruksiyalar istehsalının yaradılmasını planlaşdırır. Bu məqsədlə, coğrafi mövqeyinə görə müvafiq  olan Zirə qəsəbəsində  6 hektarlıq sahədə  beynəlxalq standartlara cavab verən istehsal sahəsinin  tikintisi və istismara verilməsi layihəsini təqdim edir. 

 Layihə, Zirə qəsəbəsində neft-qaz avadanlıqları və dəniz təyinatlı iriqabaritli metalkonstruksiyaların istehsalı üzrə zavodun  tikilməsi və istismara verilməsini nəzərdə tutur.Şirkət rəhbərliyi bu investisiya layihəsi çərçivəsində mütərəqqi texnologiyaların tətbiqi ilə neft-qaz avadanlıqlarının və dəniz təyinatlı iri qabaritli metalkonstruksiyaların Dünya standartlarına uyğun istehsalının qurulmasını, istehsal etdiyi əsas məhsullara Amerika Neft İnstitutunun Monoqrammasının və Premium boru yivlərinə VAM şirkətinin lisenziyasının alınmasını planlaşdırır. Layihə çərçivəsində daxili yollar, platforma və binalar nəzərə alınmaqla, ümumi sahəsi 127920 kv.m olan zavodun tikilməsi və istismara verilməsi nəzərdə tutulur.

 

 

 

 


COPYRIGHT (C) ADO-G ŞİRKƏTLƏR QRUPU, 2014